• Bakı 16° C

    4.04 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Astarada DƏHŞƏTLİ QƏZA - Yaralanan var

HADİSƏ

20 Sentyabr 2022 | 17:30

Astarada DƏHŞƏTLİ QƏZA - Yaralanan var

Astarada sərnişin avtobusu qəzaya düşüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Şahagaci kəndi ərazisində baş verib. Avtobusda yaranan texniki nasazlıq səbəbindən sürücü idarəetməni itirib və maşın yol kənarındakı işıq dirəyinə çırpılıb. Zərbənin nəticəsində avtobus deformasiyaya uğrayıb.
Hadisə baş verən anda avtobusda sərnişin olmayıb. Sürücü, 1961-ci il təvəllüdlü Camal Kamal oğlu Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, Lənkəran rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Kəllə-beyin travması alan sürücünün vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır. /APA


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Oktyabr 2026