• Bakı 11° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycan sərhədi pozuldu - "Silaha" komandası verildi

HADİSƏ

20 Oktyabr 2022 | 10:23

Azərbaycan sərhədi pozuldu - "Silaha" komandası verildi

Oktyabr ayının 20-də saat 01:20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin Ağstafa rayonunun Sadıqlı kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən Gürcüstan Respublikasından Azərbaycan Respublikası istiqamətində naməlum şəxslər tərəfindən dövlət sərhədinin pozulması müşahidə edilib.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Bakıvaxtı.az-a verilən məlumata görə, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılmış, ərazi qapadılmış və dövlət sərhədini pozmuş 1-i azyaşlı olmaqla, 2 nəfər Azərbaycan vətəndaşları saxlanılıb. Araşdırma zamanı saxlanılan şəxslərin Ağstafa rayonu Poylu Kənd sakini 2003-cü il təvəllüdlü Mirzəyev Aqid Murad oğlu və Yevlax şəhər sakini 2018-ci il təvəllüdlü Bukavadze Şahin Roman oğlu olduğu məlum olunmuşdur.

Fakt üzrə araşdırma tədbirləri dаvаm еtdirilir.
 


Azərbaycan sərhədi pozuldu - "Silaha" komandası verildi
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026