• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Yataqxanada yanğın oldu - Qadın tüstüdən zəhərləndi

HADİSƏ

18 Noyabr 2022 | 17:31

Yataqxanada yanğın oldu - Qadın tüstüdən zəhərləndi

Sumqayıtda yataqxanada yanğın olub.

Bakıvaxtı.az xəbər verir ki,  yanğın şəhərin 29-cu məhəlləsində yerləşən 4 saylı yataqxanada qeydə alınıb. Belə ki, yataqxananın birinci mərtəbəsinin dəhlizində olan dolab alışıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub, yanğın söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində dolabda olan əşyalar yanıb.

Tüstünün təsirindən zəhərlənən 81 yaşlı qadına təcili tibbi yardım briqadası tərəfindən yardım göstərilib.

Yanğının elektrik xətlərində yaranan qısaqapanmadan baş verdiyi ehtimal olunur. /APA


Yataqxanada yanğın oldu - Qadın tüstüdən zəhərləndiYataqxanada yanğın oldu - Qadın tüstüdən zəhərləndiYataqxanada yanğın oldu - Qadın tüstüdən zəhərləndiYataqxanada yanğın oldu - Qadın tüstüdən zəhərləndiYataqxanada yanğın oldu - Qadın tüstüdən zəhərləndiYataqxanada yanğın oldu - Qadın tüstüdən zəhərləndi
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026