• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bakı Aeroportunda sərnişinin üstündən görün nə aşkarlandı

HADİSƏ

19 Noyabr 2022 | 09:49

Bakı Aeroportunda sərnişinin üstündən görün nə aşkarlandı

Heydər Əliyev Beynəlxalq Aeroportunda uçuşdan əvvəl yoxlama zamanı sərnişinlərdən birindən “Makarov” tipli tapança götürülüb.

Bu barədə Bakıvaxtı.az-a Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib.

Bildirilib ki, silah “Azərbaycan Hava Yolları” QSC-nin Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin əməkdaşları tərəfindən aşkar edilib.

Fakt sənədləşdirilib, sərnişin əlavə araşdırma aparılması üçün hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026