Səhiyyə rəsmiləri, milyonlarla insanı didərgin salan şiddətli daşqınlardan sonra əhaliyə Pakistanda geniş miqyaslı xəstəliklərin yayılması barədə xəbərdarlıq edib.
Bakıvaxtı.az xəbər verir ki, aylarla davam edən leysan yağışların insanları qapalı vəziyyətdə qoymasından və təmiz suya çıxışın olmamasından sonra ishal və malyariya hallarının artdığı bildirilir.
Səlahiyyətlilər 1200-ə yaxın insanın ölümünə səbəb olan daşqından sonra su ilə yoluxan xəstəliklərin yayılmasının səhiyyə müəssisələrini daha da gərginləşdirəcəyindən narahat olduqlarını bildiriblər. Təcili yardım səylərinə 10 milyon dollar ayıran Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 880-dən çox klinika zədələnib.
ÜST-nın baş direktoru Tedros Adhanom Ghebreyesus, agentliyin daşqınları ən yüksək fövqəladə hal kimi təsnif etdiyini qeyd edib. O, su ilə yoluxan xəstəlik təhlükəsinin səhiyyə xidmətlərinə çıxış və xəstəliklərin monitorinqi və nəzarətinin "əsas prioritet" olduğunu deyib.
Aytac Aslan
















