• Bakı 19° C

    7.28 m/s

David Santos əməliyyat olunacaq

İDMAN

08 May 2026 | 14:59 | Müəllif: Əli Hüseynov

David Santos əməliyyat olunacaq

"Şamaxı"nın futbolçusu David Santos 4-5 ay yaşıl meydanlardan kənarda qalacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq bölgə təmsilçisindən bildirilib.

Buna braziliyalı müdafiəçinin "Sabah"a uduzduqları Misli Premyer Liqasının XXX turunun oyununda (0:3) zədələnməsi sabəb olub.

İlk hissədə əvəzlənən oyunçunun dizindəki çarpaz bağı qopub və o, əməliyyat olunacaq.

Xatırladaq ki, David Santos cari mövsümün əvvəlində "Şamaxı"ya keçmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR