• Bakı 28° C

    4.25 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Deputatdan Ramiz Mehdiyevə ittihamlar: "Özünün qisasçı iş sistemini..."

SİYASƏT

02 Aprel 2021 | 17:36

Deputatdan Ramiz Mehdiyevə ittihamlar: "Özünün qisasçı iş sistemini..."

Milli Məclisin iclasında deputat Etibar Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevi tənqid edib.

Bakıvaxtı.az-ın məlumatına görə, E.Əliyev deyib ki, Ramiz Mehdiyev AMEA-nı özünün istədiyi inzibati bir sistemə çevirib.

“Ramiz Mehdiyev özünün qisasçı və inzibatçı iş sistemini AMEA-ya da gətirib. Bununla da əmək qanunvericiliyinin tələblərini kobud sürətdə pozmağa başlayıb”, - deyə E.Əliyev əlavə edib.

Onun sözlərinə görə, R.Mehdiyev xüsusilə də Əmək Məcəlləsinin 70-ci maddəsinin C bəndini əlində rəhbər tutaraq işçiləri işdən azad edir.

“Bu yaxınlarda da bir institut direktorunu bu bəndlə işdən çıxarıb. AMEA-da bu işləri keçmiş bir Rasim Ağasiyev adlı polis işçisinə həvalə edib”.(oxu.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026