• Bakı 12° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İlham Əliyev İsrailin dövlət başçısına başsağlığı verib

SİYASƏT

30 Aprel 2021 | 16:53

İlham Əliyev İsrailin dövlət başçısına başsağlığı verib

Prezident İlham Əliyev İsrail Dövlətinin Prezidenti Reuven Rivlinə başsağlığı verib.

Bakıvaxtı.az xəbər verir ki, başsağlığında deyilir:

"Hörmətli cənab Prezident,

Meron dağında keçirilən dini mərasim zamanı çox sayda insanın həlak olması və yaralanması xəbəri bizi son dərəcə sarsıtdı.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost İsrail xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR