• Bakı 25° C

    3.87 m/s

  • USD - 1.7

    EUR - 1.7918

    RUB - 0.0311

Direktorlar şurası Twitter-in İlon Maska satılmasını təsdiq etdi

23 Iyun 2022 | 03:15

Direktorlar şurası Twitter-in İlon Maska satılmasını təsdiq etdi

Twitter-in direktorlar şurası sosial şəbəkənin İlon Maska satılması üzrə müqaviləni qəbul etməyi məsləhət görüblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumat ABŞ-ın dəyərli kağızlar üzrə komissiyasına göndərilmiş sənədlərdə qeyd edilib. Səhmdarlar arasında final səsvermənin nə zaman keçiriləcəyi dəqiq bilinmir. Lakin bu, yaxın aylar ərzində baş verə bilər. “Bütün faktorları nəzərdən keçirdəndən sonra Twitter-in direktorlar şurası belə bir qənaətə gəlib ki, sosial şəbəkənin satılması məqsədəuyğundur və Twitter ilə onun səhmdarlarının maraqlarına yönəlikdir” - deyə Twitter rəhbərliyinin bəyanatında qeyd edilib.

ABŞ-ın dəyərli kağızlar üzrə komissiyasına göndərilmiş sənədlərdə həmçinin Mask ilə Twitter səhmdarları arasındakı razılaşmanın detalları da qeyd edilib. Güman olunur ki, sosial şəbəkənin hər bir səhmi 54.20$-dan satılacaq. Bu isə Twitter səhmlərinin bu ilin 1 aprel tarixində olmuş dəyərlərindən 38% yüksəkdir. Ümumilikdə Twitter-in alınması Maska 44 milyard dollara başa gələcək.

Qeyd etmək lazımdır ki, iyun ayının əvvəlində Musk bu müqavilənin ləğv oluna biləcəyini elan etmişdi. Belə ki, onun sözlərinə əsasən sosial şəbəkə öz auditoriyasının hansı sayda real istifadəçilərdən ibarət olduğu barəsində dəqiq bir məlumat təqdim etməyib (technote.az). Mask bu sosial şəbəkədə mövcud olan spam və fake istifadəçi hesablarının dəqiq sayını öyrənnək niyyətindədir.


SON XƏBƏRLƏR