• Bakı 14° C

    1.76 m/s

  • USD - 1.7

    EUR - 1.9023

    RUB - 2.0943

Düşmən Kəlbəcər və Laçını atəşə tutdu

HADİSƏ

17 Dekabr 2022 | 15:02

Düşmən Kəlbəcər və Laçını atəşə tutdu

Dekabrın 16-sı saat 23:35-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Bakıvaxtı.az-a MN-dən məlumat verilib.

Xəbərə görə, bundan başqa, dekabrın 17-si saat 09:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Laçın rayonunun Nağdalı yaşayış məntəqəsi yerləşən mövqeləri də atıcı silahlardan atəşə tutulub.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR