• Bakı 26° C

    5.53 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Əfqanıstanda iki zəlzələ oldu

DÜNYA

11 Aprel 2023 | 12:41

Əfqanıstanda iki zəlzələ oldu

Əfqanıstanda bir neçə saat ərzində iki zəlzələ baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qazaxıstan Respublikası Fövqəladə Hallar Nazirliyinin “SOME” MMC-nin seysmik stansiyalar şəbəkəsi xəbər verib.

Qazaxıstanlı seysmoloqların məlumatına görə, birinci zəlzələ aprelin 11-də Almatı vaxtı ilə saat 09:37-də baş verib. Yeraltı təkanların episentri Almatıdan 840 kilometr cənub-qərbdə, Əfqanıstanda yerləşib. Zəlzələnin maqnitudası 5,4 bal olub.

Daha bir zəlzələ Almatı vaxtı ilə saat 10:52-də baş verib. Episentr Almatıdan 963 kilometr cənub-qərbdə, Əfqanıstanda yerləşib. Bu dəfə yeraltı təkanlar 5,3 bal gücündə olub.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026