“Sentyabr ayı ölkəmiz üçün tarixi anlarla yadda qaldı. Azərbaycan haqqı olan torpaqları tam azad etdi”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin payız sessiyasının ilk iclasında deputat Nurlan Həsənov deyib.
“Bu gün seperatçıların özünü buraxdığının, Vardaryan kimi terrorçuların tutulduğunu, hər yerdə Azərbaycan bayrağının dalğalandığının şahidi oluruq. Lakin bu gün Əli Kərimli kimilərin bu tarixi qələbəmizə kölgə saldığının şahidi oluruq. Onlar öncə Azərbaycab prezidentindən üzr istəsin, bu hərəkətlərə son qoysunlar”.
Aytac Aslan