• Bakı 7° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Əməkdar artist müflis oldu

MƏDƏNİYYƏT

04 May 2022 | 23:14 | Müəllif: Subhan Mahmudov

Əməkdar artist müflis oldu

Əməkdar artist Nüşabə Ələsgərli müflis olduğunu açıqlayıb.

Bakıvaxtı.az axşam.az-a istinadən xəbər verir ki, müğənni bu haqda "7 Canlı" proqramında danışıb. O, aparıcı Vüsalə Əlizadənin "Marketiniz, gözəllik salonunuz olub. Marketə oğru girib və sizə ziyan vurub" sözlərinə belə cavab verib:

"Hər bir biznesin başında insan özü dayanmalıdır. Alıb qoymaqla, kiməsə tapşırmaqla deyil. Gəlib görəcəksən ki, lələ köçüb, yurdu qalıb. Salon mənim üçün işləyirdi. Marketdə də elə... Çox incəliklər var. Mənə sübut oldu ki, hər şey öz işiylə məşğul olsun. İstədim sabah qocalanda, toya getməyəndə, gəlirim olsun. Müflisləşdim, itirdim, qazanmadım. Ziyanın yarısından qayıtmaq da xeyirdir"


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026