Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstana səfər edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Qeyd olunub ki, Ərdoğan Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə paytaxt Budapeştə gəlib.
Prezident Ərdoğan Macarıstanın Baş naziri Orban ilə ikitərəfli və geniş tərkibli görüş keçirib.
















