• Bakı 12° C

    10.36 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Ermənilər Naxçıvanı atəşə tutdu

HADİSƏ

14 Iyun 2023 | 11:36

Ermənilər Naxçıvanı atəşə tutdu

Naxçıvan istiqamətində mövqelərimiz yenidən intensiv atəşə tutulub.

Bu barədə Bakıvaxtı.az-a  Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Belə ki, iyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

"Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülür.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır", - məlumatda bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026