• Bakı 21° C

    2.62 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

İşlədiyi kafedən oğurluq etdi

HADİSƏ

14 Iyul 2023 | 08:57 | Müəllif: Qalib İbrahimoğlu

İşlədiyi kafedən oğurluq etdi

Quba Rayon Polis Şöbəsinə rayon ərazisində oğurluq olması barədə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin Quba regional qrupundan Bakıvaxtı.az-a a verilən məlumata görə, polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zərərçəkmişə məxsus obyektdən 2580 manat pul və 4 ədəd bank kartının oğurlandığı müəyyən edilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən həmin kafenin işçisi Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Bayraməli İsmayılov saxlanılıb.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.


İşlədiyi kafedən oğurluq etdiİşlədiyi kafedən oğurluq etdi
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026