• Bakı 10° C

    5.45 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Astara çimərliyində dincələn 63 yaşlı kişi ÖLDÜ

HADİSƏ

12 Avqust 2023 | 20:43

Astara çimərliyində dincələn 63 yaşlı kişi ÖLDÜ

Astarada 63 yaşlı kişi çimərlikdə ölüb.

Bakıvaxtı.az "Report"a istinadən xəbər verir ki, hadisə Astara rayonunun Şahağacı kəndi ərazisindəki çimərlikdə baş verib.

Belə ki, 1960-cı il təvəllüdlü Masallı rayonu Ərkivan qəsəbə sakini Məhərrəm Cəmil oğlu Əliyev sahil zolağında dincələrkən qəfildən halı pisləşib. Ətrafdakılar ona yardım etməyə çalışsalar da, həyatını xilas edə bilməyiblər.

Yaxınlarının sözlərinə görə, C.Əliyev bir qədər əvvəl ürək əməliyyatı olunubmuş.

Meyit müayinə olunmaq üçün təcili yardım avtomobili ilə Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR