1 saylı Kliniki Tibbi Mərkəzdən Bakıvaxtı.az-a verilən məlumata görə, 1976-cı il təvəllüdlü Həsənov Vurğun Qədir oğlu 11.09.2023 tarixində ağır vəziyyətdə TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Lazımı müayinələrdən keçirildikdən sonra xəstədə qabırğanın sınığı aşkarlanıb.
Hazırda Reanimasiya şöbəsində müayinə və müalicələri davam etdirilir, vəziyyəti stabil olaraq qalır.
11Sentyabr, 22:53
Abşeron rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, qəza Novxanı-Mehdiabad yolunda qeydə alınıb.
Hadisə “Chevrolet” markalı 99-MT-093 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə “Hyundai” markalı 90-SZ-646 dövlət qeydiyyat nişanlı yük avtomobilinin iştirakı ilə olub. Qəzada idarəetməni itirən yük avtomobilinin sürücüsü minik vasitəsini aşırıb. “Chevrolet” markalı avtomobil isə yoldan kənara çıxıb.
Hadisədə minik avtomobilinin sürücüsü xəsarət alıb, avtomobil yararsız vəziyyətə düşüb. Yaralı təcili tibbi yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
















