• Bakı 20° C

    1.62 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Ələt-Astara yolunda qəza oldu -  Xəsarət alanlar var 

HADİSƏ

09 Oktyabr 2023 | 17:31

Ələt-Astara yolunda qəza oldu - Xəsarət alanlar var

Ələt-Astara avtomobil yolunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə yolun Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, minik avtomobilinin yolun kənarına aşması nəticəsində 3 nəfər xəsarət alıb. Onlar Masallı rayon sakinləri, 1974-cü il təvəllüdlü Aqşin Quliyev, 1961-ci il təvəllüdlü Aləmzər Quliyeva və Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Səidə Canbolatdır.

Yaralılardan ikisinin vəziyyəti ağır qiymətləndirilir. Onlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026