• Bakı 23° C

    8.28 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Ələt-Astara yolunda dəhşətli qəza - Ağır xəsarət alanlar var

HADİSƏ

09 Oktyabr 2023 | 20:20 | Müəllif: Subhan Mahmudov

Ələt-Astara yolunda dəhşətli qəza - Ağır xəsarət alanlar var

Ələt-Astara yolunda ağır yol nəqliyyat-hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə magistralın Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində 3 nəfər xəsarət alıb.

Qəzada Masallı rayonundan olan 1974-cü il təvəllüdlü Aqşin Quliyev, 1961-ci il təvəllüdlü Aləmzər Quliyeva və Bakı şəhər sakini 1996-ci il təvəllüdlü Səidə Canbolat xəsarət alıb.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır./qafqazinfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026