• Bakı 9° C

    12.07 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

İki avtomobil toqquşdu -  Ölən var

HADİSƏ

09 Oktyabr 2023 | 11:15

İki avtomobil toqquşdu - Ölən var

Bakı-Quba yolunun Siyəzən rayonundan keçən hissəsində iki avtomobil toqquşub, ölən var.

Bakıvaxtı.az xəbər verir ki, "VAZ-2106" markalı minik avtomobili "Opel" markalı minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində 1959-cu il təvəllüdlü Əliyoldaş Həmid oğlu Quliyev hadisə yerində ölüb.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şabran rayon şöbəsinə təhvil verilib.

Hadisənin təfərrüatı araşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026