• Bakı 10° C

    0.24 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Qaxda ayı rayon sakininə hücum etdi

HADİSƏ

09 Oktyabr 2023 | 23:07 | Müəllif: Subhan Mahmudov

Qaxda ayı rayon sakininə hücum etdi

Qaxda ayı rayon sakininə xəsarət yetirib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Sarıbaş kəndində, dağlıq ərazidə baş verib.

Belə ki, kənd sakini Fəxri Şahmiddin oğlu Babayev çobanlara atla ərzaq apararkən ayı hücumuna məruz qalıb. Ayı Fəxri Babayevi atdan salmaq istəyən zaman o, heyvanı təpiklə uzaqlaşdırmaq istəyib. Bu zaman ayı onun ayaqlarını dişləyib. Özünü itirməyən F.Babayev onu qorxuda bilib və ayı ərazidən qaçaraq uzaqlaşıb.

F.Babayev Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib və ambulator müalicə almaq şərtilə evə buraxılıb./report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR