• Bakı 12° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Uşaq ikinci mərtəbədən yıxıldı

HADİSƏ

11 Sentyabr 2023 | 09:14

Uşaq ikinci mərtəbədən yıxıldı

Bakının Xəzər rayonunda altı yaşlı uşaq evin ikinci mərtəbəsindən yerə yıxılaraq ağır xəsarətlər alıb.

Bakıvaxtı.az xəbər verir ki, Binə qəsəbəsi, “Mehriban qonşular” deyilən ərazidə 2017-ci il təvəllüdlü İbrahim Ruhin oğlu Ələkbərli ehtiyatsızlıqdan yaşadığı evin ikinci mərtəbəsindən yerə yıxılıb.

Azyaşlı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması və təpə sümüklərinin sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026