• Bakı 10° C

    10.64 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Toğanalı-Kəlbəcər yolunda qəza - Ölən və yaralananlar var
 

HADİSƏ

11 Sentyabr 2023 | 09:16

Toğanalı-Kəlbəcər yolunda qəza - Ölən və yaralananlar var

Ötən gecə Göygöl rayonu ərazisində - Toğanalı-Kəlbəcər yolunda ağır yol qəzası baş verib.

Bakıvaxtı.az xəbər verir ki, Yeni Zod kəndi ərazisində “KamAZ” markalı yük avtomobili ilə “VAZ 21015” markalı minik avtomobili toqquşub. Nəticədə minik avtomobilində olan sərnişinlərdən Firdovsi Bayramov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sürücü Bayram Mamedov, həmçinin sərnişinlər Elgün Hüseynli və Halay Tahirli müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Gəncədə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026