• Bakı 27° C

    8.59 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Kəlbəcərdə arıçı MİNAYA DÜŞDÜ - YENİLƏNİB

HADİSƏ

13 Iyul 2023 | 21:07 | Müəllif: Subhan Mahmudov

Kəlbəcərdə arıçı MİNAYA DÜŞDÜ - YENİLƏNİB

Kəlbəcərdə arıçının minaya düşməsi ilə bağlı cinayət işi başlanıb.

Bakıvaxtı.az xəbər verir ki, Baş prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, iyulun 13-ü saat 20 radələrində 1964-cü il təvəllüdlü Əliyev Sahib İsa oğlunun Kəlbəcər rayonunun Seyidlər kəndi ərazisində mina partlayışı nəticəsində ayağından xəsarət alması faktı üzrə Kəlbəcər rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

20:27

İyulun 13-də saat 20 radələrində Kəlbəcər rayonu Çopurlu kəndində arıçılıq təsərrüfatı ilə məşğul olan Əliyev Sahib İsa oğlunun minaya düşməsi ilə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, hadisə rayonun Seyidlər kəndi ərazisində baş verib. Hadisə nəticəsində S.Əliyev xəsarət alıb.

    Araşdırma aparılır.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    06 Sentyabr 2026
    05 Sentyabr 2026