• Bakı 11° C

    1.42 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

Azərbaycanda əsgər intihar etdi - YENİLƏNİB

HADİSƏ

14 Iyul 2023 | 10:55

Azərbaycanda əsgər intihar etdi - YENİLƏNİB

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Hüseynov Nurəddin Sahib oğlunun ölüm faktı barədə Gəncə hərbi prokurorluğuna daxil olmuş məlumat əsasında həmin hərbi prokurorluğun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb və digər hərəkətlər icra edilib.

Respublika Hərbi Prokurorluğundan Bakıvaxtı.az-a verilən xəbərə görə, fakt üzrə Gəncə hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.

 

09:48

Azərbaycanda əsgər özünə qəsd edib.

Bakıvaxtı.az xəbər verir ki, Gəncədə N saylı hərbi hissədə xidmət edən 2004-cü il təvəllüdlü Nurəddin Hüseynov hərbi hissənin yataqxanasında özünü yerə ataraq intihar edib. /Unikal.az
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Noyabr 2026