• Bakı C

    5.14 m/s

  • USD - 1.7

    EUR - 1.8451

    RUB - 0.0184

Ermənistan və Bolqarıstan Azərbaycana dəstək verəcək

SİYASƏT

08 Dekabr 2023 | 19:58

Ermənistan və Bolqarıstan Azərbaycana dəstək verəcək

Məlum olduğu kimi, dekabrın 7-də Ermənistanın baş naziri və Azərbaycan prezidentinin qərargahları birgə bəyanat yayaraq, Azərbaycanın əsir götürdüyü 32 erməni hərbçisini, Ermənistanın isə 2 azərbaycanlı hərbçisini azad edəcəyini bildirib. 

Bakıvaxtı.az xəbər verir ki, həmçinin qeyd edilir ki, Ermənistan xoşməramlılıq jesti olaraq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının ("COP29") Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi etmək üçün Azərbaycan Respublikasının təqdim etdiyi təklifi dəstəkləyir və öz təşəbbüsünü geri götürür. 

Azərbaycan da öz növbəsində Ermənistan Respublikasının Şərqi Avropa Qrupunun “ÇNL” Bürosuna üzvlüyünə namizədliyini dəstəkləyir. 

Bolqarıstan da Azərbaycanın xeyrinə COP29-a namizədliyini geri götürüb.


SON XƏBƏRLƏR

27 Fevral 2024