İnsanlar müxtəlif xarakterdə doğulurlar. Bu səbəbdən, hər kəs baş verən olaylara müxtəlif reaksiyalar verir. Kimisi çox əsəbi qarşılayır kimisi çox sakit.
Bakıvaxtı.az xəbər verir ki, astroloqlar əsəbi olan halda uzaq durmağınız gərəkən 5 bürcü açıqlayıb.
Buğa - Onları əsəbləşdirmək o qədər də asan deyil. Lakin, əsəbi bir buğa gördünüzsə, mütləq uzaqlaşın. Çünki əsəbi bir buğanın qarşısında dayanmaq böyük cəsarət istər.
Əsəbləri soyuyana qədər uzun zaman danışacaqlar.
Oxatan - Atəş ünsürlü oxatan bürcləri çox tez əsəbiləşən və tez də sakitləşən bürc qrupuna aiddir. Hirslənəndə haqqınızda nə düşündüyünü üzünüzə deyir.
Onlar çox açıq sözlü olduqları üçün, əsəbi halda dediyi sözlər qəlbinizə toxuna bilər.
Qoç - Əsəblərini cilovlaya bilməyən digər bir bürc də qoçlardır. Onlar daim enerjili və əyləncəli olsalar da, bir şeyə əsəbləşdilərsə gözləri heçnə görməz.
Tez əsəbləşir və tez də sakitləşirlər.
Əqrəb - Bu bürcün nümayəndələri əsəbi halda sakit görünə bilərlər. Çünki, beyinlərində daim planları olur. Qisas almayana qədər sakitləşə bilmirlər.
Allah sizi onun qəzəbindən hifz etsin...
Şir - İşləri yolunda getməyəndə şirlərin gözü dönür. Onu sakitləşdirməyin yolu üzr istəmək, səhf olduğunu etiraf etmək və bunu hərəkətinlə göstərməkdi. Əks halda qışqırıb var gücü ilə hirsini sizə tökəcək.
Xəyalə Rza










jpg-1686125051.webp)




