• Bakı 10° C

    6.81 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

“Narahat olma, ana..” - Aqşin ailəsinə zəng etdi

CƏMİYYƏT

14 Iyun 2023 | 17:26

“Narahat olma, ana..” - Aqşin ailəsinə zəng etdi

Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun əsgəri Aqşin Bəbirov ailəsi ilə əlaqə saxlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Modern.az-a əsir hərbçinin anası Dürdanə Bəbirova məlumat verib.

Onun sözlərinə görə, videozəng Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə baş tutub.

“Oğlum dedi ki, narahat olma, ana. Anaya başqa nə deyə bilər ki? Mən danışanda onun vəziyyəti yaxşı idi. Yarası yox idi, bir burnunun üstündə balaca yara var. Məni görəndə kövrəldi, amma ağlamadı. Çünki bildim ki, qıraqda izləyənlər var. Neçə müddət idi ki, övladımı görmürdüm. Şükür elədim ki, balam sağdır. Hardasa beş dəqiqə olardı ki, danışdım. Başqa söhbət edə bilmədi. Mənə dedi ki, narahat olma, hər şey yaxşı olacaq. Mən də dedim ki, dövlətimiz sizi orada qoymayacaq, çalışırlar”, - deyə Dürdanə Bəbirova bildirib.

Xatırladaq ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər. Onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgər Ermənistanda əsir götürülüb və onlara qarşı saxta ittihamlarla cinayət işi açılıb.


“Narahat olma, ana..” - Aqşin ailəsinə zəng etdi“Narahat olma, ana..” - Aqşin ailəsinə zəng etdi“Narahat olma, ana..” - Aqşin ailəsinə zəng etdi
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026