• Bakı 21° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.9559

    RUB - 2.1627

"Evdə mübarizə aparacağım üçün xoşbəxtəm" - Rafael Fiziyev

İDMAN

18 Iyun 2025 | 14:15

Evdə mübarizə aparacağım üçün xoşbəxtəm - Rafael Fiziyev

Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyev Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turniri ilə bağlı fikirlərini bölüşüb.

Bakıvaxtı.az xəbər verir ki təcrübəli idmançı bu barədə mətbuat konfransında açıqlama verib.

O, döyüşə hazır olduğunu bildirib:

"Evdə mübarizə aparacağım üçün xoşbəxtəm. Öz ölkəmdə çıxış edəcəyəm. Azarkeşlərin bizə dəstək olması böyük motivasiyadır. Rəqibim şou göstərmək istəyirsə, mən ona yalnız təşəkkür edə bilərəm. Biz güləşməyə və hər şeyə hazırıq".

Qeyd edək ki, “UFC Fight Night” iyunun 21-də Bakı Kristal Zalında baş tutacaq. Rafael Fiziyev Çilidən olan İqnasio Bahamondeslə üz-üzə gələcək.


SON XƏBƏRLƏR