“Şəxsimə, mərhum əzizlərimə qarşı Qum aftafalarının, bu aftafalara özünü bərkitmiş milli qulplarımızın yürütdüyü böhtan, şantaj və təhqirlərə qarşı bütün sosial şəbəkə platformalarında fədakarcasına savaşan tanıdığım və tanımadığım bütün Vətən oğullarına "var olun!" deyirəm. Sizlər bir çox Turanşik və Bütövşikdən daha dərindən anlayırsınız Milli Davanın mahiyyətini...”
Bakıvaxtı.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa bildirib.
Deputat qeyd edib ki, 2012-ci ilin dekabrında hamı dünyanın qaranlığa qərq olacağından qorxub işıq üçün tədbirlər görməyə çalışırdı:
“Bizim cəmiyyət qətiyyən bundan qorxmasın. Biz çoxluq olaraq qaranlığa, cəhalətə aşıqik. Həm də əsrlərdir. Mirzə Fətəli, Seyyid Əzim, Mirzə Cəlil, Əhməd Ağaoğlu, Cavid əfəndi artıq bizim tarixdə qalmış və xalqın özünün üfürüb söndürdüyü şamlarımızdır. XXI yüzildə bu millət təkrar bu şamları yandıra bilməsə dünya dağılanda və qaranlığa gömüləndə biz o alışdığımız və aşiq olduğumuz qaranlıqda özümüzü hamıdan xoşbəxt hiss edəcəyik. Ləbbeyk, ya Vətən!”
Nuranə Daxilqızı
















