Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına əsasən, bu gün bir neçə nəfər Xəzərdə batmaq təhlükəsi ilə üzləşib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə FHN-in məlumatında deyilir.
Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Neftçala”, “Bilgəh”, “Qobustan”, “Şüvəlan” sularında xilasetmə məntəqələrinin ərazisində və 3 halda məntəqədən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas olunub.















