• Bakı 23° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Leyla Şıxlinskaya məhkəməyə verildi

CƏMİYYƏT

28 Iyul 2021 | 17:57 | Müəllif: Subhan Mahmudov

Leyla Şıxlinskaya məhkəməyə verildi

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi Azərbaycanın məşhur kino aktrisası Leyla Şıxlinskayanı məhkəməyə verib.

Bakıvaxtı.az xəbər verir ki, iddiaya səbəb vergi öhdəlikləri üzrə mübahisələrdir.

İşə Bakı Kommersiya Məhkəməsində baxılır. Hakim Kənan Hüseynovdur.

Xatırladaq ki, L.Şıxlinskaya Azərbaycanda lentə alınmış 10-dan çox filmə çəkilib, “Xalq artisti” adına layiq görülüb.

O, incəsənətlə yanaşı, uzun illər sahibkarlıq fəaliyyəti ilə də məşğul olub, 1999-2018-ci illərdə adına olan özəl klinikaya rəhbərlik edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026