• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Maşın və samovar oğurlayanlar saxlanıldı - Foto

CƏMİYYƏT

27 Avqust 2021 | 16:59 | Müəllif: Subhan Mahmudov

Maşın və samovar oğurlayanlar saxlanıldı - Foto

Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinə ərizə ilə müraciət edən bir nəfər Xudat şəhər sakini avqustun 26-da ona məxsus “VAZ-21013” markalı minik avtomobilinin qaçırıldığını bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Bakıvaxtı.az-a bildirilib ki, daxil olmuş müraciətlə əlaqədar bölmə əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Xudat şəhər sakinləri Sərxan Fərhadov və Elvin Seyidov saxlanılıblar.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı həmin şəxslərin Xudat şəhəri ərazisindəki evlərdən xeyli sayda samovar, su matorları, elektrik naqilləri (kabel), mis məftillər oğurlladıqları müəyyən edilib.

Faktla bağlı Xaçmaz RPŞ-də araşdırma aparılır.


Maşın və samovar oğurlayanlar saxlanıldı - Foto
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026