• Bakı 27° C

    3.85 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Sabah hər kəs evindən bayraq assın

CƏMİYYƏT

26 Sentyabr 2021 | 13:28

Sabah hər kəs evindən bayraq assın

Sabah Vətən Müharibəsinin başlamasının bir ili tamam olur.

Bakıvaxtı.az xəbər verir ki, 44 günlük müharibədə torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd ediləcək.

Bir necə gündür, ölkədə Anım Gününə hazırlıqlar gedir. Artıq Bakının bəzi küçə və prospektlərində sabaha hazırlıq məqsədilə eyvanlardan bayraqlar asılıb.

Bütün vətəndaşlarımızı bu aksiyaya qoşulmağa çağırırıq. Hər kəs Anım Günündə eyvanından bayraq asaraq 44 günlük müharibədə olduğu kimi, döyüşlərin ildönümündə də həmrəyliyini nümayiş etdirə bilər.

Qeyd edək ki, sabah saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026
04 Sentyabr 2026