• Bakı 25° C

    4.97 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Fransada bir gündə  540 nəfər saxlanıldı

DÜNYA

02 May 2023 | 11:48

Fransada bir gündə 540 nəfər saxlanıldı

Fransada pensiya islahatlarına qarşı 1 May nümayişi zamanı baş verən iğtişaşlarda azı 540 nəfər saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Gerald Darmanin yerli BFM TV kanalının efirində bildirib.

Nazirin sözlərinə görə, ümumilikdə 406 polis və jandarm yaralanıb ki, onlardan 259-u Parisdəki iğtişaşlar zamanı xəsarət alıb.

Qeyd olunub ki, 540 nəfərdən 300-dən çoxu paytaxt Parisdə saxlanılıb.

“Nümayişçilər arasında yaralananların sayı 60 nəfəri ötüb”, - Darmanin əlavə edib.

Parisdə polislə radikal nümayişçilər arasında qarşıdurma altı saatdan çox davam edib.

Həmçinin əlavə olunub ki, Fransada pensiya islahatına qarşı Əmək Günü münasibətilə təşkil olunan etirazlarında təxminən 800 000 adam iştirak edib, onların 100 000 nəfərdən çox hissəsi Paris küçələrinə çıxıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026