• Bakı 17° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Şarl Mişel Qırğızıstana gedəcək

DÜNYA

01 Iyun 2023 | 10:38

Şarl Mişel Qırğızıstana gedəcək

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Qırğızıstana səfər edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Şarl Mişel Aİ-Mərkəzi Asiya Sammitinə həmsədrlik etmək üçün iyunun 2-3-də Qırğızıstanda səfərdə olacaq.

"Prezident Mişel sammitin ev sahibi - Qırğız Respublikasının Prezidenti Sadır Japarovla birlikdə Avropa İttifaqı - Mərkəzi Asiya ikinci Sammitinə həmsədrlik etmək üçün İssık-Kulun Çolpon Ata şəhərinə səfər edəcək.

Sammitdə Mərkəzi Asiya ölkələri və Aİ liderləri Mərkəzi Asiya ilə Aİ arasında regional əməkdaşlığın perspektivlərini, eləcə də regional və beynəlxalq hadisələri müzakirə etmək üçün bir araya gələcək.

Sammitdə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Nurmuxammet Amannepesov iştirak edəcəklər.

Bu səfər çərçivəsində prezident Mişel Mərkəzi Asiya ölkələrinin liderləri ilə də ikitərəfli görüşlər keçirəcək. Onun iyunun 3-də Qırğızıstana ayrıca ikitərəfli səfər proqramı çərçivəsində prezident Sadır Japarovla görüşü olacaq. Tərəflər ikitərəfli münasibətlərin hazırkı vəziyyətini və perspektivlərini müzakirə edəcəklər", - Aİ Şurasının yaydığı məlumatda qeyd olunub.


SON XƏBƏRLƏR

25 Aprel 2024