• Bakı 10° C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

İranda qadınlar üçün bu qadağa ləğv edildi

DÜNYA

01 Iyul 2023 | 00:35

İranda qadınlar üçün bu qadağa ləğv edildi

İranın Ali Milli Təhlükəsizlik Şurası qadınların futbol stadionlarına daxil olmasına icazə verib.

Bakıvaxtı.az xəbər verir ki, bunu İran Futbol Federasiyasının rəhbəri Mehdi Tac deyib.

"Qadınlar stadionlara daxil ola biləcəklər. Milli Təhlükəsizlik Şurası bu məsələni təsdiqlədi və bunun icrasına cavabdeh olan işçi qrupu təyin olundu. Daxili İşlər Nazirliyi, İdman və Gənclər Siyasəti Nazirliyi, Futbol Federasiyası və İnformasiya Nazirliyi (Kəşfiyyat) qadınların stadionlara keçidinin təfərrüatlarını planlaşdırır”, - o bildirib.

Tac qeyd edib ki, qadınlar İranın Sircan şəhərində “Qol Quxar”, İsfahanda “Nəqş-e Cahan” və “Fulad Şehr”, Əhvazda isə “Qyadır” stadionlarında matçları izləyə biləcəklər. Bundan əlavə, Tehrandakı "Azadi" stadionu qadınların iştirakı üçün hazırlanmalıdır.

O, idman radiosunda qadın idmanına həsr olunmuş xüsusi kanalın fəaliyyətə başladığını da elan edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026