• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Fransada ötən gün saxlanılan etirazçıların sayı MƏLUM OLDU

DÜNYA

01 Iyul 2023 | 09:58

Fransada ötən gün saxlanılan etirazçıların sayı MƏLUM OLDU

Fransada hazırda davam edən iğtişaşlar fonunda iyunun 30-dan iyulun 1-nə qədər 471 nəfər saxlanılıb. 

Bakıvaxtı.az “BFMTV” telekanalına istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin daxili işlər naziri Jerald Darmanen açıqlayıb. 

Nazir hüquq-mühafizə orqanlarının əməkdaşları ilə görüşmək üçün səhər saatlarında Mant-la-Joli şəhərinə səfər edib. 

Xatırladaq ki, iyunun 27-si Fransada 17 yaşlı əlcəzairəsilli oğlanın Paris ətrafındakı Nanter ərazisində polisin açdığı atəş nəticəsində ölməsindən sonra ölkəni etiraz dalğası bürüyüb. Daha əvvəl yayılan məlumatda, 600-dən çox etirazçının saxlanıldığı bildirilirdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026