• Bakı 22° C

    3.74 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

Yaxın Şərqdə "İlin toyu"

DÜNYA

01 Iyun 2023 | 10:39

Yaxın Şərqdə İlin toyu

İordaniyada ilin kral toyu olacaq.

Bakıvaxtı.az-ın məlumatına görə, belə ki, 28 yaşlı İordaniya vəliəhdi Hüseyn və Səudiyyə Ərəbistanından olan iş adamının qızı iyunun 1-də evlənirlər. Artıq bayram şənlikləri başlayıb.

Toydan əvvəl İordaniya kraliçası Rania gəlini üçün ziyafət verib. O, gəlinini dünyaya “üçüncü qızı” kimi təqdim edib.

Kraliça Raina gəlinini qapıda qarşılayıb: "Hüseyin bundan sonra sizin oğlunuzdur. Sən indi onun ailəsisən. Mənim də artıq 3-cü qızım var".

Qeyd edək ki, ötən ilin yayında nişanlanan cütlüyün toyu şahzadənin atası İordaniya kralı Abdullah və anası Kraliça Ranianın evləndiyi Zəhran sarayında keçiriləcək.

Möhtəşəm toya dünyanın hər yerindən yüksək səviyyəli qonaqların qatılacağını ilk olaraq Hollandiya kraliçası Maksima, Danimarka şahzadəsi Frederik, şahzadə Meri və İsveç şahzadəsi Viktoriya elan ediblər. Mərasimdə ABŞ-ın birinci xanımı Cil Baydenin də iştirak edəcəyi bildirilir.

28 yaşlı gəlin Racva memardır və təhsilini Amerikada başa vurub.

Racvanın atası Səudiyyə Ərəbistanının aparıcı tikinti şirkətlərindən birinə sahibdir.

Ay Tac


SON XƏBƏRLƏR

18 Aprel 2024