Fransanın şimal-qərbindəki Şerburq kommunasında ninja paltarı geyinmiş və qılıncla silahlanmış şəxs polislərə hücum edib.
Bakıvaxtı.az xəbər verir ki, “RİA Novosti”nin "France Bleu"yə istinadən məlumatına görə, hadisə nəticəsində iki polis əməkdaşı yaralanıb.
Hadisə iki qadın polis əməkdaşı avtomobil oğurlamaqda şübhəli bilinən kişini saxlamağa çalışarkən baş verib. Ninja kostyumu geyinmiş, əlində qılınc olan şəxs oğurlanmış avtomobildən düşərək polis əməkdaşlarının yanına gedib, daha sonra onlara xəsarətlər yetirib. Avtomobildə həmkarlarını gözləyən 3-cü polis hücumçuya atəş açıb, o, ağır yaralanıb.
Xəsarət alan hüquq-mühafizə orqanlarının əməkdaşları xəstəxanaya yerləşdirilib.
Ramid Ibrahimov















