• Bakı 21° C

    8.99 m/s

  • USD - 1.7

    EUR - 1.9654

    RUB - 2.1656

G7 liderləri Rusiyaya qarşı sanksiyaları müzakirə edəcəklər

SİYASƏT

17 Iyun 2025 | 12:42

G7 liderləri Rusiyaya qarşı sanksiyaları müzakirə edəcəklər

G7 ölkələrinin liderləri  Kanadada keçiriləcək sammitdə Rusiyaya qarşı sanksiyaları müzakirə edəcəklər.

Bakıvaxtı.az "Politico"ya istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp görüşdə iştirak etməyəcək. 

Tramp sammit zamanı Rusiyaya qarşı yeni tədbirlərin tətbiqinə razı olmayacağını açıq şəkildə bildirib. Onun sözlərinə görə, sanksiyalar baha başa gəlir və buna görə Avropa İttifaqı sanksiyalardan imtina etməlidir. 

G7-nin digər liderləri Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinə diqqət yetirəcəklər. 

Qonaqlar arasında Ukrayna prezidenti Vladimir Zelenski də olacaq.

Qeyd edək ki, bu il G7 sammiti iyunun 15-dən 17-dək Kanadanın Alberta əyalətində keçirilir.

Gülşən Şərif


SON XƏBƏRLƏR