Yekaterinburqdakı Azərbaycan diasporunun sədri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə gətirilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya emdiası məlumat yayıb.
***15:43
Yekaterinburqda Azərbaycan diasporunun rəhbərinin oğlu Mutvalı Şıxlinski barədə qərar qəbul edilməsi üçün keçiriləcək məhkəmə prosesi təxirə salınıb.
Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, hələlik yeni tarix məlum deyil.
***
15:09
Yekaterinburqda Azərbaycan diasporunun rəhbərinin oğlu məhkəməyə gətirilib.
Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, o, "Gelandvagen" markalı avtomobillə xüsusi təyinatlını vurmaqda ittiham olunur.
***
11:26
Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan diasporunun rəhbərinin oğlu Mutvalı Şıxlinskiyə qarşı cinayət işi açılıb.
Bakıvaxtı.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Sverdlovsk vilayətinin Vəkillər Palatasının prezidenti İqor Putintsev məlumat verib.
"Vəkillər Palatası Mutvalı Şıxlinskiyə qarşı cinayət təqibinin aparıldığı barədə məlumatı təsdiqləyib", - agentliyin həmsöhbəti bildirib.
Putintsev Şıxlinskinin hansı maddə ilə ittiham oluna biləcəyini dəqiqləşdirməyib.
Daha əvvəl güc strukturlarında bildirmişdilər ki, “Azərbaycan-Ural” İctimai Milli-Mədəni Təşkilatının sədri Şahin Şıxlinski saxlanılıb. Daha sonra o azad edilib.