• Bakı 24° C

    4.4 m/s

Gədəbəydə kafedə dava - cinayət işi açıldı

CƏMİYYƏT

25 Avqust 2023 | 17:58 | Müəllif: Subhan Mahmudov

Gədəbəydə kafedə dava - cinayət işi açıldı

Avqustun 25-də saat 11 radələrində Gədəbəy rayonu Qalakəndkənd kəndi ərazisində kafelərin birində bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq hərəkətləri ilə bağlı polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin hərəkətləri törətməkdə şübhəli bilinən şəxslər müəyyən olunaraq polis şöbəsinə gətiriliblər.

Hadisə şəxsi münasibətlər zəminində baş verib.

Fakta görə Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin olunub.

Hazırda cinayət işi üzrə araşdırmalar davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026