"Həmişə olduğu kimi Vətən qayğısı və mövcud vəziyyətlə olan hamımızda olan həyəcan... Məhz bu səbəbdən bizim hamımız üçün bu gecə baş verən hadisə gözlənilməz oldu".
Bakıvaxtı.az xəbər verir ki, bunu Vahid Mustafayev səhhəti pisləşən millət vəkili Qənirə Paşayeva haqqında qeyd edib.
"Bu səhər ANS Press saytından əzizimiz Qənirə Paşayevanın xəstəxanaya düşməsi haqqında məlumat aldım.
Məlumat almaq üçün dərhal Mərkəzi Klinik Xəstəxanasına telefon açdım (öz telefonu çalışmır). Aldığım məlumat: Qənirə xanım komadadır və üzərində Azərbaycanın ən savadlı həkimləri çalışır. Əlacsız qalan həkimlər onu süni nəfəs aparatına qoşublar və yardım üçün Türkiyyədən xüsusi həkim briqadasının gəlməsi gözlənilir.
Sonuncu dəfə mən Honq-Konq Saat Sərgisində olarkən bizlərdən onunla VMF şirkətinin Baş direktoru Aida Əliyeva danışmışdı. Səhhətinin kəskin pis olması barədə heç bir söz deməmişdi... Həmişə olduğu kimi Vətən qayğısı və mövcud vəziyyətdə hamımızda olan həyəcan... Məhz bu səbəbdən bizim hamımız üçün bu gecə baş verən hadisə gözlənilməz oldu", - Vahid Mustafayev bildirib.
V. Mustafayev əlavə edib ki, Qənirə Paşayevaya dəstək olmağa hazırdır:
"Bilirəm ki, dövlət strukturları onu ayağa qaldırmaq üçün əllərindən gələni edirlər, amma biz də onun şəfa tapması üçün malımızla, canımızla dəstək olmağa hazırıq!
Xalqımızın mərd qızı, əzizimiz Qənirənin şəfası üçün dua etməyi rica edirəm!
Allah onu salamat eləsin!"/News24.az