Xırdalanda bir nəfər intihara cəhd edib.
Bakıvaxtı.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi həmin intihara cəhd hadisəsinin videosunu yayıb.
Görüntülərdə Bakı-Sumqayıt avtomobil yolunda yerləşən yerüstü piyada keçidinin üzərinə çıxan şəxsin ayaq nahiyəsini yandırdığı görünür.
FHN-dən bildirilib ki, aparılan psixoloji söhbət nəticəsində vətəndaş intihar etmək fikrindən daşındırılıb.
***

11:10
Xırdalanda yerüstü piyada keçidində intihara cəhd edən vətəndaş xilas edilib.
FHN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, xilasedicilər vətəndaşla yaxın məsafədən psixoloji söhbət aparmaqla yanaşı xilasetmə yastığı açaraq, zəruri təhlükəsizlik tədbirləri görüblər.
FHN-in xilasediciləri tərəfindən aparılan psixoloji söhbət nəticəsində vətəndaş intihar etmək fikrindən daşındırılıb.
10:06
Xırdalanda intihara cəhd olub.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Bakı-Sumqayıt yolunda, Xırdalan qəbiristanlığının qarşısındakı yerüstü piyada keçidində qeydə alınıb.
Gənc oğlan keçidin üstünə çıxaraq özünü atmaq istəyir. /Lent.az