• Bakı 13° C

    1.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Gömrükçülər 5 kiloqramdan çox gümüş zinət əşyaları aşkarlayıb

CƏMİYYƏT

30 Avqust 2023 | 12:35 | Müəllif: Subhan Mahmudov

Gömrükçülər 5 kiloqramdan çox gümüş zinət əşyaları aşkarlayıb

Tovuz Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında, “Qırmızı Körpü” gömrük postunda Gürcüstan istiqamətindən ölkəmizə gələn yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Bakıvaxtı.az bu barədə Döavlət Gömrük Komitəsi məlumat yayıb. 

Baxış zamanı yük nəqliyyat vasitəsinin qoşqusunda gömrük orqanlarına bəyan edilməyən 84 ədəd üzük, 29 ədəd klon, 134 ədəd boyunbağı-klon, 17 ədəd təsbeh, 59 ədəd qolbaq, 62 ədəd boyunbağı, ümumilikdə 5200 qram gümüş zinət əşyaları aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026