• Bakı 13° C

    1.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Əli Əsədov tacik həmkarı ilə görüşdü - FOTO

CƏMİYYƏT

29 Sentyabr 2023 | 11:37

Əli Əsədov tacik həmkarı ilə görüşdü - FOTO

Azərbaycanın Baş naziri Əli Əsədov Düşənbəyə işgüzar səfəri çərçivəsində bu gün Tacikistanın Baş naziri Koxir Rasulzoda ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, Əli Əsədov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin Tacikistanda yüksək səviyyədə keçirilməsinə görə bu ölkənin hökumətinə təşəkkürünü bildirib.

Tərəflər yüksək səviyyəli səfər və görüşlərin Azərbaycanla Tacikistan arasında dövlətlərarası əlaqələrin möhkəmlənməsində əhəmiyyətini qeyd ediblər.

Bu kontekstdə Azərbaycan Prezidentinin bu ilin aprelində Tacikistana dövlət səfərinin əhəmiyyəti qeyd olunub.

İki ölkə arasında iqtisadiyyatın konkret sahələri üzrə əməkdaşlığın hazırkı səviyyəsi və inkişaf perspektivləri nəzərdən keçirilib.


Əli Əsədov tacik həmkarı ilə görüşdü - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026