• Bakı 10° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Gəncəyə uçan təyyarə təcili eniş etdi

CƏMİYYƏT

28 Oktyabr 2023 | 20:45

Gəncəyə uçan təyyarə təcili eniş etdi

Oktyabrın 28-də Moskvadan Gəncəyə uçan Rusiyanın "Aerflot" şirkətinə məxsus “Boeing 737” tipli təyyarə Volqoqrad hava limanına məcburi eniş edib.

Bakıvaxtı.az xəbər verir ki, təyyarənin məcburi eniş etməsinə səbəb sərnişinlərdən birinin huşunu itirməsi olub.

Hadisə saat 13:55-də baş verib. Volqoqrad vilayətinin Təcili Yardım Xidmətininh həkimlərinin sözlərinə görə, 29 yaşlı sərnişin uçuş zamanı huşunu itirib.

Təyyarə eniş etməmiş təcili yardım briqadası hava limanına çatıb. Həmin şəxsə dərhal təyyarənin salonunda tibbi yardım göstərilib. Xəstə daha sonra Volqoqraddakı 25 saylı xəstəxanaya yerləşdirilib. Müayinədən sonra o, ambulator müalicəyə göndərilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026