• Bakı 12° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Millimizin sabiq futbolçusu AFFA-da təltif edilib

CƏMİYYƏT

27 Noyabr 2023 | 17:40

Millimizin sabiq futbolçusu AFFA-da təltif edilib

Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Abışov təltif edilib.

Bakıvaxtı.az  AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu il peşəkar karyerasını başa vuran müdafiəçi milli assosiasiyada baş katib Sərxan Hacıyevlə görüşüb.

O, AVRO-2024-ün seçmə mərhələsində İsveçlə keçirilən ev oyunundan (3:0) öncə ölkədə olmadığından təqdimetmə mərasimində iştirak edə bilməmişdi. S.Hacıyev yığmanın sabiq üzvünə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, Ruslan Abışov 2009-2018-ci illərdə Azərbaycan millisinin heyətində 56 oyun keçirib, 4 qola imza atıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026